İlham Əliyev Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
 
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 
Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə "Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.
 
"Valday” beynəlxalq diskussiya klubunun sessiyasında Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də iştirak edəcəklər./ APA