Respublikaçı Alternativ Partiyası ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişdən azad olunmasını və ödənişlərin dövlət tərəfindən qarşılanmasını tələb edir.
Bunula bağlı 40.000 imza toplanacaq və bu imza qanun layihəsi şəklində digər tələblərlə birlikdə Milli Məclisə təqdim olunacaq.
Bu barədə Real Partiyanın sədri İlqar Məmmədov feysbukda video müraciət yayıb.
O bildirib ki, partiya bu qanun layihəsinin hazırlanması ilə bağlı artıq müəyyən addımlar atıb: "REAL partiyası üç qanun təşəbbüsü ilə çıxış edərək onların Milli Məclisdə rəsmən baxılması üçün Konstitusiyanın 96-cı maddəsinə əsasən 40 min imzanın toplanması kampaniyasına başlayır".
Bundan əlavə Real Partiya Bakıda mer seçkilərinin keçirilməsi və devalivasiyadan sonra dəyən ziyana görə yaranan problemli kreditlərdən ziyan çəkən vətəndaş və biznes təşkilatlara dəyən ziyanın ödənilməsi ilə bağlı da qanun layihəsi də hazırlayır.
Toplum TV
REAL tələbələrin ödənişdən azad edilməsini istəyir
Oxşar xəbərlər