Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri və işçi qrupu “Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova barədə Azərbaycan hökumətinə sorğu göndərib.
Bu barədə aprelin 24-də “Abzas Media” məlumat yayıb yayıb.
Sorğu insan haqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Meri Loulor, fikir və ifadə azadlığının qorunması və təbliği üzrə xüsusi məruzəçi İrene Xan, işgəncə və digər qeyri-insani rəftar üzrə xüsusi məruzəçi Alis Cil Edvards və Özbaşına Həbslər üzrə İşçi Qrup tərəfindən fevralın 23-də göndərilib.
Onlar jurnalistlərin saxlanma şəraitləri, həbsdə işgəncə və cinsi qısnamaya məruz qalmaları barədə şikayətlərini hökumətin diqqətinə çatdırıblar.
Sorğuda bildirilir ki, jurnalistlərlə bağlı məsələ ötən ilin mayında da qaldırılıb. Azərbaycan hökuməti həmin il iyulun 15-də verdiyi cavabda saxlanma şəraiti ilə bağlı yenilənmiş məlumatları qeyd etdiyini bildirsə də, məruzəçilər bununla bağlı narahatlıqların qaldığını deyir.
Onlar jurnalistlərə istinadən qeyd edib ki, ötən ilin sentyabrına qədər Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər orada tavan və divarların vəziyyətindən, havasızlıqdan və duşların işləməməsindən şikayətləniblər.
Məruzəçilər jurnalistlərin sonradan Lənkəran həbsxanasına köçürülməsinin isə onların ailələri və vəkilləri üçün ciddi maliyyə və logistika çətinlikləri yaratdığını əlavə edib.
Sənəddə o da bildirilir ki, bu hallar Azərbaycanda xüsusilə korrupsiyanı araşdıran jurnalistlər və hüquq müdafiəçilərini qorxuda bilər.
Məruzəçilər Azərbaycan hökumətindən irəli sürülən iddialarla bağlı əlavə məlumat təqdim olunmasını, jurnalistlərin məhkum edilməsinin hüquqi və faktiki əsaslarının izah edilməsini və bunun beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olub-olmadığının açıqlanmasını tələb ediblər.
2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib