ABŞ Haşim əl-Saraci haqqında mükafat təyin edib – 10 milyon dollar

İŞİD-lə mübarizə aparmaq üçün "Kətaib Seyyid əl-Şuhada" könüllü qüvvələr təşkil edən Əbu Əla əl-Vəlai kimi tanınan Haşim Fənian Rəhim əl-Saraci haqqında Amerika pul mükafatı elan edib. ABŞ Haşim əl-Saraci haqqında məlumata 10 milyon dollar mükafat verəcəyini bildirib.

2014-cü ildə İraqı qoynuna alan vəllabi İŞİD qruplaşmalarının amansız vəhşilikləri dövründə Mosulda Haşim Fənian Rəhim əl-Saraci İmam Hüseynin (ə) adını daşıyan "Kətaib Seyyid əl-Şuhada" könüllü qüvvələri təşkil edərək mübarizəyə qoşulub.

Qələbədən sonra da o, silahli qruplaşmaya rəhbərliyini davam etdirib. Bu isə İraqı işğalda saxlamağa çalışan Amerikanı əsla qane etməyib. Zamanla ABŞ qüvvələr və İraqdakı könüllülər arasında qarşıdurmalar İran-Amerika, İsrail savaşında daha aktiv vəziyyət alaraq ABŞ qüvvələrinə İraqda cəhənnəm yaşadıb.