Siyəzən rayonunda sosial tələblərlə keçirilmiş etiraz aksiyası və ardınca həyata keçirilən həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə rəsmi sorğu göndərib. Siyəzən olaylarına görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş dörd nəfərin – Nizami Qəniyev, Zaur Şəkərov, Müslüm Əzimov və Coşqun Bəğişovun şikayəti üzrə məhkəmə ilə kommunikasiya başlayıb.
Siyəzən sakinləri ərizələrində qanunsuz həbs olunduqlarını və barələrində çıxarılmış məhkəmə hökmlərinin ədalətsizliyini bildiriblər. Onlar vurğulayıblar ki, Siyəzəndə icra hakimiyyətinin binası qarşısında unun qiymətinin bahalaşmasına, işsizlik və yoxsulluğa qarşı dinc şəkildə etiraz ediblər. İcra başçısı ertəsi gün deputatla görüş vəd edəndən sonra dağılışıblar.
"55 nəfər saxlanılıb"
"Lakin 2016-cı il yanvarın 12-də gecə saatlarında aksiya iştirakçılarının çoxunun evinə polis gəlib və onlar saxlanılıb. Bu səbəbdən ertəsi gün onların buraxılması tələbi ilə növbəti aksiya keçirilib. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək etiraz aksiyasını dağıdıb. 55 nəfər saxlanılıb. Onlardan 11 nəfər barəsində cinayət işi başlanıb, 44 nəfər isə inzibati qaydada həbs olunub", - ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində yazıblar.
Adları çəkilən dörd nəfər barəsində də cinayət işi başlanıb. Onlara Cinayət Məcəlləsinin 186.2.2 (başqasının əmlakını zədələmə və ya məhv etmə), 228.1 (qanunsuz silah saxlama), 233 (kütləvi iğtişaşların təşkili və ya iştirak), 234.1 (narkotik vasitələrin qanunsuz saxlanması) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. İddia olunub ki, axtarış zamanı onların evlərindən silah və narkotik vasitələr tapılıb.
Quba rayon Məhkəməsinin hökmü ilə şikayətçilərdən M.Əzimov və Z.Şəkərov 6 il, C.Bəğişov və N.Qəniyev isə 4 il həbs cəzasına məhkum ediliblər. Sumqayıt Apellyasiya Məhkəməsi Siyəzən hadisələrinə görə həbs edilənlərin cəza müddətlərini 6-12 ay azaldaraq hökmü yumşaldıb. Ali Məhkəmə isə qərarı qüvvədə saxlayıb.
Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 11 (yığıncaqlar və birləşmək azadlığı) və 18-ci (Konvensiyada tanınan hüquq və azadlıqların Konvensiyada nəzərdə tutulmayan məqsədlərlə məhdudlaşdırılmaması) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu vurğulayıblar.
Avropa Məhkəməsi sorğusunda "Siyəzən məhbusları" üçün istintaq və məhkəmə dövründə ədalətli mühakimə üçün lazımi şərtlərin təmin olunub-olunmadığını, evlərində axtarış zamanı şəxsi həyata hörmət hüququna riayət edilib-edilmədiyini və digər məsələləri araşdırır.
Xatırlatma
2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətinin artmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. Bundan sonra gecə saatlarında rayonda çoxsaylı etirazçı saxlanılıb.
Yanvarın 13-də saxlanılanların azad edilməsi tələbi ilə təkrar aksiya keçirilib, insident yaşanıb və yenidən bir neçə nəfər saxlanılıb. Onlardan 11 nəfər barəsində cinayət işi başlanıb, uzunmüddətli həbs cəzasına məhkum edilib, digərləri isə inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini razılaşdırılmayan yürüş təşkil edib, yürüş zamanı hüquqazidd hərəkətlərə yol verənlər saxlanılıb.
Həbs olunanlar özlərini təqsirli bilməyib, işsizlik və yoxsulluqla əlaqədar icra hakimiyyətinin qarşısına toplaşdıqlarını və heç bir qanun pozuntusuna yol vermədiklərini bəyan ediblər.
Avropa Məhkəməsi 'Siyəzən məhbusları'na görə Azərbaycan hökumətinə sorğu göndərib