Əfqanıstanda 50 min terrorçu var – General

Əfqanıstanda hazırda 21 terror təşkilatı fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bunu Syanşan Forumunda çıxışı zamanı Əfqanıstan Müdafiə nazirinin müavini Hilaluddin Hilal deyib. Onun sözlərinə görə, Əfqanıstanda fəaliyyət göstərən terror təşkilatlarının tərkibində ümumilikdə 50 mindən çox döyüşçü vuruşur:

“Əfqanıstan fərqli terror təşkilatı nümayəndələrinin mərkəzi savaş meydanına çevrilib. Hazırda ölkə ərazisində 21 terror təşkilatı var və onların döyüşçülərinin ümumi sayı 50 min nəfərdir. Bunların arasında beynəlxalq axtarışda olan 8023 terrorçu var. Hazırda ən böyük terror təşkilatı Talibandır və onun döyüşçülərinin sayı 38 min nəfərdir”.