Yaxın zamanlarda 11 sentyabr teraktına hazırlıqda iştirakda ittiham edilən əslən Mərakeşdən olan Münir əl Mütəsadiq vaxtından əvvəl həbsdən azad ediləcək.
Axar.az xəbər verir ki, “Bild” qəzeti Mütəsadiqin həbsdən 15 oktyabrda çıxacağını yazıb.
Mütəsadiqin azad edilməsindən dərhal sonra Mərakeşə deportasiya edilməsi nəzərdə tutulub. Onun burada əslən Belarusdan olan həyat yoldaşı Mariya və iki övladının olduğu vurğulanıb.
Qeyd edək ki, Mütəsadiq 2007-ci ildə terror təşkilatına üzv olmaqda və 11 sentyabrın təşkilində iştirakda ittiham olunaraq, 15 il azadlıqdan məhrum edilmişdi. Belə ki, məhkəmə onun 11 sentyabr teraktını törədən Məhəmməd Attanın yaxın adamlarından biri olduğunu sübut etmişdi.
11 sentyabr terrorçusu azadlığa buraxılır

Oxşar xəbərlər