Türkiyədə terrorçularla atışma: 3 ölü, 1 yaralı

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma baş verib.

Axar.az xəbər verir ki, atışma nəticəsində bir terrorçu öldürülüb, daha biri isə yaralı halda ələ keçirilib.

Atışmada sağ qalaraq qaçan 3 terrorçunun axtarışı istiqamətində hava dəstəkli əməliyyat başladılıb.