Bakıda Əfqanıstan hökuməti ilə “Taliban” arasında sülh danışıqları keçiriləcək

İyunun 28-də Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, toplantı zamanı Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqları aparılacaq.

Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edəcək.

“Taliban”dan isə görüşə danışıqlar üzrə nümayəndələr qatılacaq.