Bakıda tarixi sülh danışıqları başladı - "Taliban" nümayəndələri də gəlib

Bu gün Bakıda Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısı keçirilir. Lent.az  xəbər verir ki, toplantıda Əfqanıstan rəsmiləri və “Taliban” arasında sülh danışıqlarının həyata keçirilməsi nəzərdə tutulub.

Toplantıda Əfqanıstanı xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzay təmsil edir. Həmçinin

“Taliban” təşkilatı adından da yüksək rütbəli nümayəndələrin Bakıya gəldiyi bildirilir.