Axtarışda olan PKK terrorçusu məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkirdə Osman Gülən adlı axtarışda olan PKK terrorçusunu məhv edib.

Teleqraf.com xəbər verir ki, "Aram Civan" ləqəbli təhlükəli terrorçu antiterror əməliyyatı zamanı polislərlə atışmada zərərsizləşdirilib. O, bir çox ağır cinayətlərdə günahlandırılırdı.