Türkiyə ordusu 4513 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri (TSQ) son bir həftədə terrorçulara qarşı keçirilən əməliyyatlar barədə hesabat yayıb.

Teleqraf.com xəbər verir ki, 22-28 iyun tarixlərində biri terrorçuların idarəedicilərindən olmaqla, ümumilikdə 56 terrorçu zərərsizləşdirilib. Həmçinin, 7 silah anbarı və sığınacaqlar məhv edilib.

Bu müddətdə Türkiyə ordusu isə 4 şəhid verib, daha 6 hərbiçi də yaralanıb.

Qeyd edək ki, bununla da TSQ-nın bu il ərzində zərərsizləşdirdiyi terrorçuların sayı 4513-ə çatıb.