Türk ordusu 673 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində Fərat çayının şərqində apardığı "Barış pınarı" antiterror əməliyyatında zərərsizləşdirilən PKK/YPG terrorçularının sayı 673-ə çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Xatırladaq ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyada antiterror əməliyyatlarına başlayıb.