Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə son vaxtlar Məhərrəm ayı mərasimlərinə gətirilən qadağalar mövzusuna toxunub.
O, bu barədə həbsxanadan məktub göndərib.
Rakurs.tv-yə Tale Bağırzadənin ailəsindən daxil olan məktubu təqdim edirik:
“Mən ilk növbədə yeni dərs ilinin başlaması münasibəti ilə bütün məktəbliləri təbrik edirəm. Arzu edirəm ki, savadlı bir nəsil kimi yetişib bu ölkənin gələcəyini açıq düşüncənizlə, qabiliyyətiniz və halalçılıqla qurub gələcəyə daşıyasınız..
Əziz məktəblilər!
Bu günlərdə Məhərrəmlik ayını yaşayırıq. Amma öyrəndim ki, Qafqaz müsəlmanları İdarəsi və Dini işlər üzrə Komitə məktəblilərin Aşura günü məscidlərə getməsini qadağan edib.
Əzizlərim, siz bu ölkənin gələcəyisiniz, ona görə də bu ölkədə özünə dindar, dövlət idarəçisi deyib başa çıxanlardan və dini dəyərlərdən danışanlardan soruşa bilərsiniz ki, Aşuranı zəncir vurmaq, baş yarmaq kimi geriçilikdən xilas etmək üçün indiyə qədər nə ediblər? Nə vaxt bu ölkədə dini elmi yöndən və mahiyyətinə uyğun təbliğ ediblər?
Heç vaxt bunu etməyənlər indi süni qadağaya əl atıblar.
Əziz məktəblilər, Aşura zəncir vurmaq, baş yarmaq günü deyil, haqq uğrunda savaş, dirəniş günüdür. 1400 il bundan əvvəl baş vermiş hadisənin fəlsəfəsi başqadır. Haqqa sahib çıxmaq, zülmə dirəniş...
İndi hakimiyyət və Allahşükür Paşazadə rahatsız olublar ki, siz Aşura günü məscidə gedə bilərsiniz. Niyə? Çünki orda düz söz eşidib haqq üçün savaşanların hekayəsini dinləyəcəyinizdən qorxurlar. Onlara zülmə boyun əyməyən bir gənclik lazım deyil. Əksinə, kölə, yaltaq sürüsü lazımdır.
Hüseyin məktəbinin mahiyyətini anlayacağınızdan qorxurlar. Çünki bilirlər ki, bu günün mahiyyətini anlamaq bütün ömrün boyu zülmə qarşı dirənmək deməkdir. Hakimiyyət sizin azadlıq və haqq haqqında nəyisə bilib sorğulamanızdan qorxur.
Güman etməyin ki, onlar sizi qoruyur. Əgər onlar sizin təhsilinizin qayğısına qalmış olsaydılar, ölkənin təhsil sistemini bu hala salmazdılar. Bu gün ölkənin məktəbləri korrupsiya və yalanın, riyakarlığın mərkəzinə çevrilib. Sizlərin gözünün qarşısında müəllimlərinizi hər seçkidə büllüten oğrusuna çevirirlər. Görəsən onlar bütün bu yaramazlıqların kökünü niyə kəsmirlər?
Əziz məktəblilər! Siz bir onlardan soruşun görək sizin qayğınıza qaldıqları üçün məscidlərə getməyi qadağan edirlərsə, sizin təhsilli və müasir olmanızı istəyirlərsə, niyə xaricdə təhsil proqramını ləğv etdilər? Çünki bunlar Aşuranın mahiyyətindəki zülmə dirənişdən qorxduqları kimi sizin xarici ölkələrdə oxuyub dövlətin vətəndaşa necə hörmət etdiyini görmənizdən və bunu onlardan tələb edəcəyinizdən də eyni şəkildə qorxurlar. Bu hakimiyyətə savadlı, haqqını bilən və bunun üçün mübarizə apara bilən vətəndaş lazım deyil. Kölə və təbəə lazımdır.
Bu gün Aşuranı danmaq həm də tariximiz danmaqdır. Xətaini, Cavad xanı danmaqdır. Onlar istəyirlər ki, tarixi də özləri ilə başlasınlar.
Qarabağ işğal altındadır. Bu günün şagirdi sabahın əsgəridir və bu əsgər idellar və prinsiplər uğrunda savaşmağı öyrənməsə torpaqlarımızı necə düşmən tapdağından xilas edəcək?
Aşura məhz sabahın savaşa hazır olan əsgərini yetişdirə biləcək gündür.
Əzizlərim, savadlanın, dünyada gedən proseslərdən xəbəriniz olsun. Öyrənin ki, iqtidar sökmək üçün deyil, tikmək, yaratmaq üçündür. Həm də Hüseyinçilik məktəbini öyrənin. Hüseyinçilik təkçə savaş deyil, həm də açıq fikirliliyə, mübarizəyə, özünü anlaya biləcəyinə təşviqdir. Savadlanmağa çağrışdır. Ən böyük bilik insanın özünü bilməsidir. Çünki özünü bilən insan qorxudan azad olur, ölümdən belə çəkinmir. Azərbaycan hakimiyyətinin idarəçiliyinin təməlisə qorxudur.
Dəyərlərinizə və etiqadınıza, gələcəyinizə sahib çıxın. İmkan verməyin ki, sizin əvəzinizə qərarı başqaları versin. Hz.Hüseyn kimi haqqa yürüyüş edin.
Nəyin bahasına olursa olsun!
Tale Bağırzadə, Qobustan həbsxanası 19 sentyabr 2018”
Tale Bağırzadə məktəblilərə müraciət etdi

Oxşar xəbərlər