Həbsdə olan ilahiyyatçı Tale Bağırzadə Cümhuriyyət bayramı münasibəti ilə təbriklərini çatdırıb. İlahiyyatçının göndərdiyi bayram təbrikini təqdim edirik:
“Əziz həmvətənlər! Əziz bacı və qardaşlarım!
100 İl əvvəl 28 may tarixində Azərbaycan xalqı bir ilkə imza atdı. Qurucu babalarımızın əzmi, millətimizin iradəsi ilə müsəlman Şərqində ilk demokratik dövlət – Azərbaycan Cümhuriyyəti yaradıldı. Məhəmməd Əmin Rəsulzadəvə əqidədaşları uzunsürən mübarizədən sonra bizlərə yoxdan bir dövlət miras qoydular. Şübhəsiz ki, Cümhuriyyət olmasaydı, nə biz torpaqlarımızı işğal etmiş Sovet imperiyasının tərkibinə müstəqil dövlət olaraq daxil ola, nə də bu bədnam quruluş dağılandan sonra müstəqilliyimizi elan edə bilərdik. Bu gün Azərbaycan səmasında dalğalanan, Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha yenməz” dediyi bayrağı Cümhuriyyətə və qurucu babalarımıza borcluyuq. Milli və mənəvi dəyərlərimiz, azadlıq ideyaları, universal prinsiplər əsasında təşəkkül tapmış bu dövlət hər mənada bizim üçün bir mayak, bir arzu və getdiyimiz yolu aydınlatan işıqdır.
Cümhuriyyət Azərbaycan xalqını – dünyagörüşündən, statusundan, mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlını birləşdirən ortaq dəyərdir. Onu sevməyənlər, onu öz maraqları üçün təhlükə hesab edənlər belə onun böyüklüyünü, əhəmiyyətini təsdiqləmək məcburiyyətindədirlər. Bir dövlət olaraq, hazırda cümhuriyyət dəyərlərindən uzaq düşsək də, o dəyərləri bir gün yenə bərpa edəcəyik. Əmin olun ki, o gün uzaqda deyil. 100 İl əvvəl bunu bacarmışıqsa, bu gün də bacara bilərik. Dahi Rəsulzadənin təbirincə desək, “Şübhəsiz ki, həqiqət bir gün parıldayacaqdır”.
Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Cümhuriyyətə, qurucu babalarımıza lazımi diqqəti göstərmir. Hər vəchlə cümhuriyyəti dəyərləri, o böyük şəxslər unutdurulmağa çalışılır. Bu mühüm gündə belə formallıq, laqeydlik rəsmi tədbirlərdə, dövlət rəsmilərinin çıxışlarında, televiziya ekranlarında açıq hiss olunur. Ən əsası isə qəlbində cümhuriyyət, azadlıq ideyalarını daşıyan yüzlərlə şəxs həbsxanalara doldurulub. Ancaq bu da məlum olsun ki, heç bir həbs, zülm, təqib bizim azadlıq eşqimizi öldürə bilməz. 100 İl əvvəl istiqlaliyyət qazanmış xalqın bu gün apardığı azadlıq mübarizəsi qələbə ilə sona yetəcək!
Əziz həmvətənlər, sizləri bir daha 28 may – Cümhuriyyət günü münasibəti ilə təbrik edirəm!"
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə 2015-ci ildə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir.
"Qəlbində cümhuriyyət, azadlıq ideyalarını daşıyan yüzlərlə şəxs həbsxanalara doldurulub"

Oxşar xəbərlər