Həbsdə olan ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə barəsində yeni cinayət işi açılıb.
Bu haqda Rakurs TV-ə ilahiyyatçının yaxınları məlumat veriblər. Onların sözlərinə görə, T.Bağırzadə Cinayət Məcəlləsinin 317.1 maddəsilə (cəzaçəkmə yerlərində qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi) ittiham olunur.
Yaxınları bildirir ki, ittihamda ilahiyyatçının üzərindən kəsici-deşici əşya tapıldığı iddia olunur, lakin bu yalandır. Yaxınlarının sözlərinə görə, ilahiyyatçı bu gün ailə üzvləri ilə telefon danışığında haqqındakı yeni cinayət işinə münasibət bildirib. Deyib ki, nə yolla olursa olsun, onu yenidən şərləmək üçün mini-kartları kəsici, deşici alət kimi qələmə verib, yeni cinayət işi açıblar: “İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”.
T.Bağırzadənin vəkili Cavad Cavadlı isə bildirib ki, məsələ ilə bağlı detallı bilgiyə sahib deyil. Vəkil yaxın günlərdə ilahiyyatçı ilə görüşəcəyini və məsələnin nə yerdə olduğunu öyrənəcəyini deyib. Onun sözlərinə görə, bu maddə ilə həbs cəzasına maksimum 6 ay əlavə oluna bilər.
Yaxınları deyir ki, Tale Bağırzadə iyulda Qobustandakı qapalı həbsxanaya gətirilən gün orada onun üzərində axtarış aparılıb. İlahiyyatçının üzərindən içində dini musiqilər olan mini kartlar tapılıb. Həmin kartlar ekspertizaya göndərilib. Ekspertiza da rəy verib ki, kartlarda heç bir qanunsuz material aşkarlanmayıb. Buna baxmayaraq, Tale Bağırzadə haqqında cinayət işi başlanıb.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əməliyyatı nəticəsində həbs olunub. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını deyən ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Tale Bağırzadə ona verilən ittihamları rədd edir, əməliyyat zamanı ölmüş altı nəfərin, o cümlədən iki polisin elə əməliyyatı keçirənlərin özləri tərəfindən qətlə yetirildiyini, saxlanılan dindarların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polislərin hücumuna məruz qaldıqlarını bildirir.
Tale Bağırzadənin həbs müddəti artırıla bilər

Oxşar xəbərlər