Tale Bağırzadənin həbs müddəti artırıldı.
Rakurs TV-nin məlumatına görə, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hakim Rufan Rufan Mürsəlov məhkəmə hökmünü elan edib.
T.Bağırzadə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.
Yeni hökmə əsasən, T.Bağırzadənin 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.
Məhkəmə hökmündən öncə prokuror çıxış edib. O, T.Bağırzadəyə verilən ittihamın məhkəmədə sübuta yetirildiyini deyib. Dövlət ittihamçısı ilahiyyatçıya 6 ay həbs cəzası təyin olunmasını və çəkilməmiş 17 il 9 ay 13 günlə qısmən toplama yolu ilə, ona qəti olaraq 18 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Ardınca ilahiyyatçının vəkili Fariz Namazlı çıxış edib. Deyib ki, istintaq orqanı T.Bağırova ittiham verərkən yaddaş kartlarını nəyə görə radioelektron cihazların elementlərinə aid etdiyini əsaslandırmayıb:
"Sadəcə, ekspert rəyinə görə belə bir ittihamın verilməsi qanunsuzdur. Çünki yaddaş kartı ilə radioelektron cihaz anlayışları tamamilə fərqlidir. Radioelektron cihazlar dalğanı ötürə və qəbul edə bilən cihazlar sayılır. Bu, daha çox hərbi sistemdə tətbiq edilə bilən cihazlardır. Onun elementləri isə diodlar, tranzistorlar, mikrosxemlər, kondensator və s.-dir. Yaddaş kartları isə bu elementlərə daxil deyil".
Vəkilin sözlərinə görə, məhkəmədə müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb: "Halbuki, onlar işin taleyini həll edəcək vəsatətlər idi. Əgər təmin edilsəydi, məsələyə aydınlıq gətirilərdi, Taleh Bağırova irəli sürülən ittihamı aradan qaldıra bilərdi. Təəssüf ki, məhkəmə zəruri məsələləri araşdırmaqdan imtina etdi və imtinasını da əsaslandırmadı".
F.Namazlı deyir ki, bir çox məhkumlarda flaşkart, mini yaddaş kartı olsa da, indiyədək kimsəyə cinayət işi açılmayıb: "Hesab edirik ki, cinayət işi məhz Taleh Bağırov olduğuna, həmin yaddaş kartlarında siyasi informasiyalar - Əfqan Muxtarlı, Gözəl Bayramlının həbsi haqda məlumatlar olduğuna görə açılıb".
"MicroSD" tipli yaddaş kartlarının məhkumlara saxlanması qadağan olunan əşyalar siyahısında göstərilmədiyini deyən vəkil çıxışının sonunda T.Bağırovun əməllərində cinayət tərkibi olmadığını söyləyib və bəraət hökmü çıxarılmasını istəyib.
Daha sonra Tale Bağırzadə son sözlə çıxış edib. Son sözdən əvvəl hakim ona xəbərdarlıq edib ki, yalnız ittiham barədə danışdın. İlahiyyatı deyib: "Mən son söz yox, xalq sözü deyirəm. Son söz Allaha məxsusdur. Məni hökumət mahiyyəti üzrə tutmayıb ki, mahiyyəti üzrə çıxış edim. Bu hakimiyyət getməlidir. Biz bu yolda mübarizə aparmalıyıq. Bu hakimiyyət 7 il yox, 70 il şahlıq eləsə də xeyri yoxdur, tez bir zamanda tarixinin xarabalığına gedəcəklər. Sizə bir müjdə verimmi? Azərbaycanda inqilabçı gənclər yetişir. Nararanda 4 şəhid verməyimiz həqiqətən də bunların iç üzlərini açdı ve bununla da xalqı daha da mübariz olmağa yönəltdi. Bəziləri deyir ki, sən bu xalqı çox tərifləyirsən. Bəli, tərifə layiq xalqdı. Mən neçə ölkədə olmuşam və yaşamışam. Doğrudan da dünyada 2-3 xalq mədəniyyətli xalq varsa, onlardan biri bizim xalqdır. Bu xalqın başında oturanlar xalqın abırını aparıb. 25 ildir Qarabağımız niyə azad edilmir? Çünki bunlar istəmirlər. Aprel döyüşlərində bir görüntü etdilər. Rusiyanın bir göz ağartması ilə geriyə çəkildilər. Mən öz azadlığımı əzizi xalqımın azadlığı üçün qurban vermişəm. Mən xalqımı çox sevirəm. Zindan inqilabçı adam üçün məhrumiyyət yox, akademiyadır. Biz burada azadıq. Allah şahiddir ki, mənim adım əfv məsələsində çəkiləndə mən Allaha buyurdum ki, əgər sən məsləhət bilirsənsə, mən elə zindanda da qalım. Biz bu yolda mübarizə aparacağıq. Bu yoldan çəkilən deyilik. Biz heç kime yox, Allaha söykənmişik".
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Tale Bağırzadə son sözünü dedi: "Bu hakimiyyət getməlidir"

Oxşar xəbərlər