Tale Bağırzadənin təşəbbüsü əsasında yaradılmış "26 noyabr" koalisiyası çərçivəsində bir qrup xanım toplantı keçirib. Toplantıda Nardaran hadisəsində öldürülən və həbs olunan şəxslərin ailələri, həmçinin ictimaiyyət nümayəndələri olan digər xanımlar iştirak edib.
Bu barədə Rakurs TV-ə daxil olan məlumatda deyilir. Məlumata görə, toplantının əvvəlində "26 Noyabr" koalisiyasının mahiyyəti haqqında danışılıb. Bildirilib ki, toplantının məqsədi saxta ittihamlarla həbs olunan şəxslərin ailələrinin birlik və bərabərliyini göstərmək, çətinliklər qarşısında dözüm nümayiş etdirmələri üçün stimul rolunu oynamaqdır. Belə ki, toplantı bu gün də həbsdə təzyiq və sıxıntılarla üzləşən məhbusların ailələrinin onların arxasında durduğunu göstərir. Toplantında çıxış edənlər vurğulayıblar ki, məhbus ailələri öz aralarında daha yaxın münasibətlər quraraq yaranan problemləri daha rahat həll edə bilərlər. 2 saata qədər davam edən toplantıda xanımlar bu tipli görüşlərin yenə də keçiriləcəyini və mütəmadi olacağını qeyd ediblər. Qeyd edək ki, sözügedən koalisiya Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin təşəbbüsü əsasında yaradılıb. İlahiyyatçı 2015-ci il 26 noyabr tarixində DİN və Baş Prokurorluğun Nardaranda keçirdiyi birgə əməliyyatın unudulmaması məqsədi ilə hər ayın 26-ı (fevral ayı istisna olmaqla) silsilə tədbirlər keçirməyi təklif edib.
Qadınlar "26 noyabr"a görә toplandı

Oxşar xəbərlər