Yanvarın 26-ı Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadəyə açılmış cinayət işi üzrə hazırlıq iclası keçirilib. Qaradağ Rayon Məhkəməsində keçirilən prosesə hakim Rufan Mürsəlov sədrlik edib.
Rakurs TV-nin məlumatına görə, prosesdə təqsirləndirilən tərəfi vəkil Fariz Namazlı müdafiə edib. O, ittihamın əsassız olduğunu bildirib və cinayət işinə xitam verilməsini istəyib. Hakim vəkilin vəsatətini təmin etməyib.
Daha sonra Tale Bağırzadə ittihama münasibətini bildirib. O, cinayət işinin siyasi motivli olduğunu deyib. Onun sözlərinə görə, üzərində aşkar edilən "yaddaş kartı" Qobustan həbsxanası da daxil olmaqla, istənilən cəzaçəkmə müəssisəsində məhkumlar tərəfindən istifadə olunur:
"Əgər "flash kart" saxlamaq cinayət əməlidirsə, məndə radio da var, onu niyə almırlar? Bunlar müstəntiqin uydurmasıdır. Bu cinayət işi də siyasi sifarişdir. Mən özümü burada müttəhim yox, xitabət kürsüsündə hiss edirəm".
İlahiyyatçı çıxışında Şəkidə dindarlarla yerli hakimiyyət orqanları arasında yaranan qarşıdurmaya da toxunub:
"2017-ci ilin 25 yanvar tarixində mənə 20 il həbs cəzası verdilər. Səbəbi hakimiyyəti qəzəbləndirməyimiz idi. Bu hakimiyyət yalnız inqilab yolu ilə arxivə göndəriləcək. Nardaranda onlar inqilabın "i" hərfini gördülər. Şəkidə məscidi muzeyə çevirmək istəyirlər. Bu, tam qanunsuz əməldir. Necə ki, Sovet dövründə məscidləri anbarlara çevirirdilər, bu gün də muzeyə çevirmək istəyirlər. Bu, onu göstərir ki, hakimiyyətdəkilər SSRİ-nin qalıqlarıdır. Azərbaycanda dəyişikliyi xalq etməlidir. Biz razıyıq ki, analarımız ağlasın, amma balalarımız ağlamasın. Bu hakimiyyət bu xalqa layiq deyil".
İlahiyyatçının çıxışından sonra məhkəmə iclası sona çatıb. Növbəti proses fevralın 6-a təyin olunub.
Qobustan həbsxanasında saxlanılan Tale Bağırzadə Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham olunur. Onun üzərində "yaddaş kartı" aşkar edildiyi bildirilir. Bu maddə ilə ilahiyyatçının həbs müddəti maksimum 6 ay artırıla bilər.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Tale Bağırzadə: "Bu hakimiyyət bu xalqa layiq deyil"

Oxşar xəbərlər