"Prezident İlham Əliyev Fatimeyi Zəhra məscidini şəxsi vəsaiti hesabına tikdirmək istəyir. Məhərrəm ayından sonra prosesə başlanılacaq".
Faktxeber.com məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QİM) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Qanvermə aksiyası barədə təəssüratlarını bölüşən A.Paşazadə bildirib ki, bu gün ədalətin bərpa olunduğu və şəhidlərin yad edildiyi günüdür: "Qanvermə aksiyası gözəl ənənədir. Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik".
O əlavə edib ki, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə QMİ arasında heç bir münaqişə nöqtəsi yoxdur.
Məhərrəm ayından sonra Fatimeyi-Zəhra məscidi Prezidentin şəxsi vəsaiti hesabına tikiləcək

Oxşar xəbərlər