Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə xalqa müraciət edib. Milli Şuranın aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot qərarını təqdirəlayiq hesab edən ilahiyyatçı hər kəsi mitinqdə iştiraka çağırıb.
İlahiyyatçının müraciətində deyilir:
“Əziz bacı və qardaşlarım!
Azərbaycan prezident seçkiləri elə bir vaxtda və şəraitdə keçirilir ki, hazırda ölkənin həbsxanalarında 160 nəfərdən çox siyasi məhbus məhz bu rejimin cinayətlərinə etiraz etdiklərinə görə zindan həyatı yaşayır. Yaranan gündən bəri Əliyev hakimiyyətinin qorxulu röyasına çevrilmiş Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinə daxil olan şəxslər və digər fəal üzvləri ən ağır işgəncələrlə repressiyaya məruz qoyulub. Ölkədəki müxalif səsləri qəddarlıqla boğmağa çalışan bir rejimin özünü seçkinin favoriti hesab edərək , müxalifətin zəif olduğunu iddia etməsi sərsəmləməkdən başqa bir şey deyil.
Bütün bu çətinliklərə rəğmən, sevindirici haldır ki, Əliyev hakimiyyəti cəmiyyətdə müxalif səsləri boğmağa var gücü ilə çalışdığı halda, həmin səslər əksinə, günü-gündən daha aydın eşidilir.
Bütün bunları nəzərə alaraq, Milli Şuranın Azərbaycanda keçiriləcək saxta seçkiləri boykot qərarını və bununla əlaqədar mitinq təşkil edib, haqlı mövqe ortaya qoymasını təqdirəlayiq əməl hesab edir, hər kəsi Milli Şuranın 31martda keçirəcəyi mitinqdə fəal iştiraka çağırıram.
Eyni zamanda, 31mart tarixinin ədalət carçısı Həzrət Əlinin (ə.s) doğum gününə təsadüf etməsini nəzərə alaraq, bu münasibətlə bütün haqsevərləri təbrik edirəm. Həzrət Əlinin (ə.s) “Zülmə, haqsızlığa susanlar dilsiz şeytanlardır” kəlamına əsaslanaraq, bütün bacı və qardaşlarımı ən böyük cinayətlərdən olan seçki saxtakarlığına susmamağa, mitinqdə iştirak edib etiraz səslərini ucaltmağa bir daha çağırıram.
Allah xalqımızı qorusun!”
Tale Bağırzadə çağırış etdi

Oxşar xəbərlər