Bu il martın 2-də Narkoloji Dispanser Mərkəzində 25 xəstənin ölümünə səbəb olan yanğınla bağlı detallar məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu hadisə ilə bağlı cinayət işi artıq məhkəmə baxışına verilib. İttiham tərəfi hadisənin əsas səbəbkarı kimi orada müalicə olunan Məhəmməd Məmmədovu tanıyıb. Belə ki, o, yanğını törətməkdə təqsirləndirilir.
M. Məmmədov indi bunu təkzib etsə də, istintaqa ilkin ifadəsində hər şeyi detallı danışaraq etiraf edib:
Məhəmməd Məmmədov 1977-ci ildən Xəzər rayonu Buzaovna qəsəbəsində “BAPO” hərbi təyinatlı zavodda işləyib. 1982-ci ildə zavodun işçisi kimi ona 5 otaqlı mənzil verilib.
O ifadəsində deyib ki, 1993-cü ildə işsiz qalıb və avtomobil təmiri sexlərində işləməyə başlayıb: “Az pul qazandığım üçün arvadımla münasibətim korlandı, buna görə də xoşbəxtliyi spirtli içkidə tapdım. 1998-ci ildə arvadım və oğlum Vahid məni alkoqolizm xəstəsi kimi Narkoloji Mərkəzə yerləşdirdilər. 2015-ci ildə mənə baxması şərti ilə evi Vahidə bağışladım. Bir həftə sonra mənə yenə sərxoş damğası vuraraq xəstəxanaya yerləşdirdilər. Mənim son 20 ilim həmin Mərkəzdə keçib. Müalicə həkimin Afət Məmmədova oğlumla arvadımın sözü ilə hərəkət edərək məni uzun müddət orada saxladı. 2017-ci ilin oktyabrında oradan çıxdım, noyabrın 11-də yenidən ora qaytardılar. Vahidin məni nahaqdan Mərkəzdə saxlamasına görə çox küskün və qəzəbli idim. Eldar həkimin telefonunda Vahidə zəng edib məni oradan çıxartmasını istədim, o isə “hələ orada çox qalacaqsan”, -dedi. 2018-ci il martın 1-i gecə saat 20-21 radələrində tibb bacısı Şəlalə Ələkbərovaya yaxınlaşıb evə buraxılma vaxtımı soruşdum. Şəlalə kitaba baxıb mənim qalma müddətimin martın 1-dən yenidən uzadıldığını dedi. Mən də qəzəblənərək məni saxta sənədlərlə burada saxladıqlarına görə oranı yandırıb, dağıdıb çıxacağımı və gedib Vahidin evini də yandıracağımı dedim. Bu xəbər məni özümü öldürmək həddinə çatdırdı, həmin gecəni yata bilmədim, özümü öldürməyin yollarını fikirləşdim. O gecə bir paçka “astra” siqareti çəkib qurtardım. Səhər 05-06 radələrində qərara gəldim ki, həyatımı bu Mərkəzdə başa vurmaqdansa, özümü yandırıb öldürüm. Buna görə də istifadə etdiyim qara rəngli alışqanla uzandığım çarpayıda, üstümə örtdüyüm yorğanı ayaq tərəfindən yandırdım. Yorğanın alovu artıqda ölməkdən qorxub özümü öldürmək fikrimdən daşındım. Alovlanmış yorğanı divara tərəf atıb palatada mənimlə birgə yatan Nurlanı oyatmağa çalışdım. Yorğanın alovu qısa müddətdə divarı və çarpayını bürüdü, dəhlizə çıxıb “ay camaat buralar yanır, çıxın qaçın” deyib hay saldım. Qonşu palatadan xəstələr, növbətçi sanitar Amid Quliyev və tibb bacısı Şəlalə Ələkbərova dəhlizə çıxdı. Yanğın 15-ci palataya keçdiyi üçün hamı ora girdi. Tez bir zamanda kəskin iyli tünd rəngli tüstü nəfəs almağı və görməyi çətinləşdirdi, Amid əsas qapını açdı, mən çıxıb həyətdə dayandım. Siqaret çəkib yanğının bütün şöbəni bürüdüyünü görüb oradan getdim, hasarı aşıb “Naxçıvanski” dairəsinə şatdım, oradan 51 nömrəli avtobusla bacımgilə getdim. Bacım Əslinin əri Səlimə Mərkəzdə yanğın olduğunu, canımı qurtarıb qaçdığımı dedim. Oğlum Vahid də ora gəldi, onunla görüşmədim, danışmadım da. Səlimlə gedib özümə ayaqqabı aldım, sonra marketdən 1 manata 200 qramlıq araq alıb parkda bacımgildən götürdüyüm alma ilə içdim. Orada oturub oğlumun mənə qarşı hərəkətlərini, bunun nəticəsində özümü öldürmək istəməyimi və istəmədən Mərkəzdə yanğına səbəb olduğumu fikirləşdim. Səlim məni parkda qoyub evə getdi, bir qədər sonra polislər yaxınlaşıb özümü təqdim etməyimi istədilər. Şəxsiyyət vəsiqəmin üstümdə olmadığını dedim, məni Xətai Rayon Polis İdarəsinə gətirdilər. Törətdiyim əməldən peşmanam, istəməzdim ki, xəstələrdən kimsə ölsün”.
M.Məmmədov daha sonrakı ifadəsində isə yanğını onun törətmədiyini, sadəcə mərkəzdə yanğın çıxdığını görüb çölə qaçdığını deyib.
Dispanserdəki yanğını törədən danışdı - “Üstümdəki yorğanı yandırdım”

Oxşar xəbərlər