Bakıda kafedə yanğın olub - ölənlər var

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) noyabrın 3-də səhər saatlarında yaydığı məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb. 
 
Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
 
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.