Martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı daha bir nəfər cinayət işinə cəlb olunub.
Publika.az-ın verdiyi xəbərə görə, həmin şəxs orada yanğını törədən pasiyent Məhəmməd Məmmədovun həkimi Afət Məmmədovadır.
A. Məmmədova Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.
A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.
A. Məmmədova da digər təqsirləndirilənlərlə birgə hakim önünə çıxarılacaq. Onların məhkəmə işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə baxılacaq. İlkin hazırlıq iclası avqustun 24-də keçiriləcək.
Qeyd edək ki, hadisə ilə bağlı Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib.
Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov həbs olunmuşdu.
Yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb.
Narkoloji Mərkəzdəki yanğına görə həkim də cinayət işinə cəlb edildi

Oxşar xəbərlər