Qubanın dağlıq ərazilərində yanğın başlayıb

Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.
 
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub. 
 
Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.