Bakı Apelyasiya Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsinə görə təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Bu barədə "Report.az" xəbər verib.
Xəbərə görə, hakim Elmar Rəhimovun icraatında olan şikayət üzrə baxış iclası iyulun 15-ə təyin edilib.
Ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Hadisə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, mərkəzin işçisi Mahir Abdullayev 3 il 6 ay, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. M.Məmmədovun həkimi, mərkəzin şöbə müdiri Afət Məmmədovaya isə 5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib.
Narkoloji Mərkəzdə yanğınla bağlı həbs olunan şəxslərin apelyasiya məhkəməsi başlayıb
Oxşar xəbərlər