"Caspian Plaza"da yanğın olub

Bakıda biznes mərkəzində yanğın olub.
 
APA-nın xəbərinə görə, "Caspian Plaza" biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub.
 
Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.