Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın - Foto - Video

Hazırda yanğının qarşısı alınıb. İlkin məlumata görə, hadisə nəticəsində yaralanan və ya xəsarət alan olmayıb.

 ***
14:25
 
Həsən bəy Zərdabi, 80 ünvanında, Nəsrəddin Tusi klinikasının yaxınlığında yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın baş verib.
 
Sfera.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Təcili Yardım briqdası cəlb olunub. 

Hadisə yerindən fotoları təqdim edirik: