Baş nazir Novruz Məmmədov Bakının Nizami rayonundakı "Diqlas” ticarət mərkəzində martın 26-da baş vermiş yanğınla əlaqədar komissiya yaradıb.
Martın 29-da imzalanan sərəncamla komissiyaya sədrlik baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə olunub.
Komissiyanın üzvləri bu şəxslərdir:
Kəmaləddin Heydərov – fövqəladə hallar naziri
Samir Şərifov – maliyyə naziri
Şahin Mustafayev – iqtisadiyyat naziri
Mikayıl Cabbarov – vergilər naziri
Ramil Usubov – daxili işlər naziri
Pərviz Şahbazov – energetika naziri
Zakir Qaralov – baş prokuror
Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı.
Komissiyaya hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Novator.az
Baş nazir yanğınla bağlı komissiya yaradıb
Oxşar xəbərlər