Zığ şosesində fərdi yaşayış evləri yanır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində yanğın baş verən əraziyə gedib, qərargah yaradılıb.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Zığ şosesində yaşayış evləri yanır: Eldar Əzizov hadisə yerində
Oxşar xəbərlər