Kürdəmirdə taxıl sahələri yanıb

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Yenikənd kəndində 700 m² sahədə biçilməmiş və 100 m² sahədə biçilmiş taxıl sahəsi yanıb.

Digər əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.