Mingəçevir İES-də yeni yanğın: FHN məlumat yaydı

FHN Mingəçevir İES-də baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 05.06.2018-ci il tarixdə saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində Azərbaycan İES MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.