Nazirliyə məxsus binada yanğın baş verib

Bəşir Səfəroğlu küçəsində Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.
 
Yanğın səhər saat 7 radələrində başlayıb: "Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”. bunu Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.
 
Hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.
 
Report.az