"Hacıcan, bu çətin, amma çox-çox şirin bir imtahandır"
Leyla Bağırzadə həbsdə olan həyat yoldaşı, ilahiyyatçı Tale Bağırzadəyə məktub ünvanlayıb. Məktub "vetenugrunda.az" saytının "Zindana məktub..." layihəsi çərçivəsində dərc olunub. Tale Bağırzadəyə yazılmış məktubu olduğu kimi təqdim edirik:
"Salam olsun İmam Hüseyni(ə.s) hər zaman özünə örnək götürən şəxsə!
Salam olsun işgəncələr zamanı Allahu Əkbər zikrini edən şəxsə!
Tək bir sual… Ancaq sualı verənlər fərqli insanlar... Ömürlük həbs... Bir ömür boyu həbsxana yolları, 3 övlad və çətinliklər…
Hacı, bir gün bacılardan biri eyni sualı verdi və mən də hər zaman verdiyim eyni cavabı verdim. Amma nədənsə bu dialoq məni 2 gün düşündürdü. Deyilən çətinliklər, verdiyim cavablar məni düşündürdü.Düşündükcə, yenidən Qurani Kərimin Bəqərə surəsinin 286-cı ayəsini, yəni "Allah kimsəni çəkə bilməyəcəyi yüklə yükləməz" ayəsini xatirladım. Düşündüm. Allah biz bəndələrini cox sevir, bəndərini ucaltmaq, mükafatlandırmaq üçün imtahan edir. Məsumlarımız da buyurub: Allah sevdiyi kəsləri imtahan edər.
Allah bizi sevib,-seçib bu gözəl imtahanda görmək istəyib. Mənim haqqım varmı, çətinliklərdən qorxum? Bir halda ki, Allah özü şahiddir o cətinliklərə, o zülümlərə. Bir daha bunları düşündüyüm üçün anladım ki, indiyə kimi hər kəsə doğru cavab vermişəm.
Hacı, bəzən mənə çiyinlərində ağır yük daşıyırsan deyirlər. Neçə ildir bu sözü anlaya, dərk edə bilmirəm. Hacı, bu insanlar hansı yükdən danışırlar? Nədir yük olan? Allahın xüsusi rəhmətinimi yük hesab edirlər? Bizi-bizdən, valideynlərimizdən cox sevən Allahın məxsus nəzəri niyə insana yük olsun? Hacı, Allah şahidimdir bu imtahanları, bu günləri, bugünkü vəzifəmi özümə yük bilmirəm. Düzdür, çətindir, amma çox-çox şirin bir imtahandır. Necə ki Xanım Zeynəb(ə.s) dedi: Kərbəlada gözəllikdən başqa bir şey görmədim.
Bəli, bunun üçün Allaha hər nə qədər şükür etsək belə azdır. Bilirəm bu günlərdə Allah bizlərə məxsusi nəzər edir. Bunlar Allahın bir lütfüdür bizə. Əgər Allah səbr, dözüm verməsə, mən kiməmki səbr edəm?
Hacıcan, bəzi insanlar övladlarımızın maddiyyatla bağlı suallarına narahat deyiləm deyə cavab verirəm və əminəm ki, sən də narahat deyilsən.
Bilirsənmi, niyə narahat deyiləm? Bir gün Süleyman peyğəmbər görür bir balaca quş dimdiyində buğda dənəsi gətirir dənizdəki bir iri balığın ağzına qoyur və balıq dənizin dibinə baş vurur. Süleyman peyğəmbərin marağına səbəb olur və quşdan bunun nə olduğunu soruşur. Quş Allahın izni ilə dilə gəlib söyləyirki, dənizin dibində daşın içində kor qurd yaşayır. Allah onun ruzisi üçün bizi seçib. Balıq həmən buğda dənəsini qurdun evinin qarşısına qoyur və qurd həmən buğda ilə qidalanır. Ogündən fikirləşdimki, kor qurdu ruzisiz qoymayan Allah ona xatir, İslam üçün zindan həyatı yaşayan insanın ailəsini, övladlarınımı ruzisiz qoyacaq?
Dövlət ittihamçısı sənə ömürlük həbs istəməyinə baxmayaraq, 25 yanvar günü hakim sənə 20 il oxudu. Mən həmin gün sənə ömürlük həbs verilmədiyi üçün təəssüfləndim. Bilirsənmi niyə təəssüfləndim? Sizi həbs etdirən zalımlara anlatmaq istədim ki, Hüseynçilər yalnız deyillər. Xanım Zeynəb(s.ə)i özünə örnək götürən xanımlar hər zaman onların yanındadırlar. Ömürlük həbslər-20 il, 18 il, 17 il, 15il həbslər siz Hüseynçiləri bu yolda yalnız qoymağa biz Zeynəbçilər üçün əsas deyil.
Hacıcan, səninlə, məhbus qardaşlarımızla və canlı Şəhidimizlə qürur duyuram. Sizlər dünya və axirətdə başımızı uca etdiniz. Allah başınızı daim uca etsin. Amin.
Allahın izni ilə son nəfəsimə kimi, hər zaman sənin yanındayam. Haqqın üzərimdə böyükdür, müəllimim oldun, bunları mənə sən öyrətdin əməllərinlə. Səni kimi dostumun, sirdaşımın, ailə başçımın olması Allahın böyük lütfüdür mənə.
Hə, bir də Hacıcan, bu, o demək deyil ki, sizin 20 il, 18 il, 15 il sonra həbsxanadan çıxmağınızı sakit oturub gözləyəcəyik. Düzdür, Xanım Zeynəb(s.ə) "Kərbəlada gözəllikdən başqa bir şey görmədim" dedi ancaq Kərbəladan Şama qədər əsirlər karvanında olsa belə, Kərbəla həqiqətlərini insanlara çatdırdı. Kərbəla hadisəsini bu günə qədər insanlara tanıdan Xanım Zeynəb oldu. Xanım Zeynəb(ə.s) bizə gözəl nümunədir. Bizim qəhrəmanımızdır. Bizlər də, haqqı tanıtmaq üçün Hüseynlərin Zeynəbi olmağa çalışacıyıq. Bizlər də, Allahın izni ilə Nardaran hadisəsini hər yerdə, hər kəsə tanıdacağıq.
Allah səni, bütün məhbus qardaşlarımızı və canlı Şəhidimizi qorusun. Amin!
2018-3 iyun."
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilmiş əməliyyatla həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. T.Bağırzadə ittihamları rədd edir və cinayət işinin saxta olduğunu bildirir. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir.
Tale Bağırzadənin xanımı: "Nardaran hadisəsini hər yerdə, hər kəsə tanıdacağıq"

Oxşar xəbərlər