Fevralın 20-də İsveçrənin Cenevrə şəhərində "UN Watch" beynəlxalq insan haqları təşkilatının sammiti keçirilib. "İnsan Haqları və Demokratiya naminə" başlığı altında keçirilən sammitdə müxtəlif ölkələrdən olan siyasi məhbusların fotoşəkilləri sərgilənib.
Bu haqda sosial şəbəkədə sammitdə iştirak edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli məlumat paylaşıb. Anar Məmmədlinin sözlərinə görə, sərgidə Azərbaycandan olan siyasi məhbuslardan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadənin fotoşəkili olub.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının Nardaran qəsəbəsində keçirdiyi birgə əməliyyatla həbs olunub. Əməliyyat zamanı 2-i polis, 4-ü dinc sakin olmaqla 6 nəfər öldürülüb. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Tale Bağırzadə və onunla birgə mühakimə olunanlara hökm oxunub. Məhkəmənin qərarı ilə ilahiyyatçı 20 il müddətinə azadlıqdan məhrum edilib.
Tale Bağırzadə və digərləri ittihamları qəbul etmir. Polislərin öz polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər. Onlar dəhşətli işgəncələrə məruz qaldıqlarını bildiriblər.
Bu, Tale Bağırzadənin sayca üçüncü həbsidir. Bundan əvvəl 1 il 6 ay və 2 il 4 ay müddətinə həbsdə olub. Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onu siyasi məhbus olaraq tanıyıb.
Beynəlxalq sammitdə Tale Bağırzadənin fotoşəkili sərgilənib

Oxşar xəbərlər