Lapid: "Husilərin hücumlarına uyğun cavab İranın neft yataqlarını bombalamaqdır"

Ənsarullahın sözçüsü Məhəmməd Əbdüssalam: “İsrail bu hücumlarla Yəmənin Qəzzaya dəstək verməsinin qarşısını alacağını düşünürsə, çox yanılır və Yəmən öz sabit dini və humanitar prinsiplərindən əl çəkməyəcək”.

İsrail müxalif partiyalarının lideri “Yair Lapid” İranın neft yataqlarına hücuma çağırıb. Lapid iddia edib ki, husilərin hücumlarına uyğun cavab həm də İranın təcavüzü, İranın neft yataqlarının bombalanması və İranın məhv edilməsidir ilə gerçəkləşməlidir.

Bir neçə saat əvvəl rejimin 14-cü kanalı İsrail döyüş təyyarəsinin hücumunda Səna beynəlxalq hava limanının nəzarət qülləsi dağıdıldığı və hava limanının fəaliyyətinin dayandırıldığı bildirilib.

Sionist Radio və Televiziya Təşkilatı bu hücumlarda Səna hava limanı, Hudeydə limanı və Yəmənin enerji və neft obyektlərinin hədəf alındığını bildirərək, Husilərin Qəzza və Livanda baş verənlərdən dərs almalı olduqlarını bəyan edib.

Digər tərəfdən, Ənsarullahın sözçüsü Muhəmməd Əbdüssalam deyib: Əgər İsrailin bu hücumların Yəmənin Qəzzəyə dəstək verməsinin qarşısını alacağını düşünürsə, çox yanılır. O əmin olsun ki, Yəmən öz sabit dini və humanitar prinsiplərindən əl çəkməyəcək.