Dekabrın 22-də Penitensiar Xidmətin Müalicə Mərkəzində aylardır bağırsaq xəstəliklərindən əziyyət çəkən Əlimusa Musayev dünyasını dəyişib.
Bu barədə məlumatı onun ailəsi bildirərək əlavə edib ki, onlar Ə. Musayevin dünən dünyasını dəyişməsinə baxmayaraq məlumatı bu gün dəqiqləşdirə biliblər.
Əlimusa Musayev Hərəm müdafiəçisi Pərviz Musayevin atasıdır. P. Musayev 2018-ci ilin iyulunda Gəncə hadisələri ilə bağlı ittiham olunan qrupun daxilində məhkəmə önünə çıxarılıb və 12 il müddətinə azadlıqdan məhrum edilib. Ailə Pərvizin də atasının dəfnində iştirakı üçün Penitensiar Xidmətin Baş idarəsinə müraciət edib. İdarədən bu barədə hələlik xəbər ala bilməsələr də, dəfnə hazırlaşan ailə illərdir atasını görə bilməyən Pərvizin son dəfə atası ilə vidalaşacağına ümid edirlər.
"Hərəm Müdafiəçisi" Pərviz Musayevin atası həbsxanada dünyasını dəyişib