Pakistan hərbçilərinə hücum edilib, ölənlər var

Terrorçular Əfqanıstanla sərhəddə Pakistan ordusunun postuna basqın edib.

Pakistan KİV-nin verdiyi məlumata əsasən, dekabrın 21-də həyata keçirilən hücum zamanı 16 hərbçi həyatını itirib, 5 nəfər ağır yaralanıb.

Məlumatda bildirilib ki, hücum gecə saatlarında olub. Terrorçular nəzarət-buraxılış məntəqəsində mövcud olan simsiz rabitə vasitələrini, sənədləri və digər əşyaları yandırıblar.