Almaniyanın Maqdeburq şəhərində milad bazarında sükan arxasında olan şəxs avtomobili insan izdihamının üzərinə sürülüb.
Yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb. Polis sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.
Bu haqda “Welt” qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb. Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.
Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.
Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.
Almaniyada terror zamanı 11 nəfər ölüb, 80-ə yaxın insan xəsarət alıb