Prezidenti Əliyevin ailəsi və yaxınlarının yüz milyonlarla dollar dəyərində daşınmaz əmlak əldə etdiyi bildirilir

Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi və yaxınlarının Böyük Britaniyada dəyəri yüz milyonlarla dollar dəyərində daşınmaz əmlak əldə etdiyi bildirilir.
Bunu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) araşdırıb. Bildirilir ki, şəffaflıqla bağlı yeni islahatlara baxmayaraq, ictimaiyyətin bunu bilməsinin elə bir yolu qalmayıb, çünki ofşor fondlara xüsusi yanaşma var.
Azərbaycanın hakim ailəsinin mülklərinin də bu qanunvericilikdən irəli gələn tələblərlə aşkara çıxarıldığı vurğulanır.
60 milyon dollarlıq 10 əmlakın hazırkı sahibləri naməlum qalır...
OCCRP-nin araşdırmaçıları əldə etdikləri yeni məlumatlara istinadən Əliyevin qızlarının Londonda 6 dəbdəbəli mənzili olduğunu yazırlar.
Amma onlar bildiriblər ki, hakim ailəyə məxsus 160 milyon dollarlıq 10 əmlakın hazırkı sahibləri naməlum qalır, çünki ofşor trastın idarəetməsinə verilib.
OCCRP hələ 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və yaxın ətrafının Londonda dəyəri 700 milyon dollara yaxın daşınmaz əmlak əldə etdiyini aşkarlamışdı.
Mülkiyyəti indi ofşor trastın arxasında gizlədilən Əliyevin mülkləri arasında “Hayd Park”dan bir neçə addımlıq məsafədə yerləşən lüks “Knightsbridge” binasında 4 mənzil və 2 penthaus var.
Londondakı 6 mənzil
2022-ci ildə qəbul olunmuş İqtisadi Cinayət Aktı Britaniyada əmlak sahibi xarici şəxslərdən benefisiar (əsl) sahiblərini açıqlamağı tələb edir.
OCCRP və “Transparency International UK” daha əvvəl Əliyevlərlə əlaqələndirilən 23 London mülkünü yenidən araşdırıb.
“Dənizaşırı Qurumlar Reyestri” prezidentin qızları Leyla və Arzu Əliyevaların “Hayd Park”la üzbəüz küçədə altı dəbdəbəli mənzilin sahibi olduğunu təsdiqləyir.
Ancaq reyestrdə Əliyevlər və yaxınlarının 160 milyon dollara aldığı 10 əmlakın əsl sahiblərini görmək mümkün deyil. Bu halda Əliyevlərin əmlakları xüsusi ofşor trastlarla idarə etdiyi üzə çıxıb.
 
 
MeydanTV