Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün cümə axşamı Təl-Əvivdə sionist rejimin iki həssas hərbi obyektini bir neçə raketlə hədəfə aldıqlarını bildirib.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii son açıqlamasında deyib: "Məzlum Fələstin xalqının müdafiəsi, Qəzzədə qardaşlarımızın qətliamına cavab, Vəd edilmiş Fəth döyüşü və Müqəddəs Cihadın beşinci dəstək mərhələsi çərçivəsində və İsrailin ölkəmizə qarşı təcavüzünə cavab olaraq, Yəmən Silahlı Qüvvələrinin raket bölməsi "Fələstin 2" səsdən üstün 2 ballistik raketlə işğal altındakı Yaffa bölgəsində (Təl-Əviv) İsrailin iki xüsusi və həssas hərbi mövqeini hədəfə aldı."
Y. Sinvar deyib: “Allahın lütfü ilə bu əməliyyat öz məqsədlərinə uğurla çatdı.”
Mətbuat katibi qeyd edib: "Bu əməliyyat İsrailin Səna və Hudeyda əyalətindəki mülki obyektlərə, o cümlədən elektrik stansiyalarına qarşı təcavüzü ilə eyni vaxtda həyata keçirilib və bizim cavabımız təbii və qanuni cavab çərçivəsində olub."
Yəhya Səri həmçinin vurğulayıb: "Yəmən Silahlı Qüvvələrinin əməliyyatları yalnız Qəzzəyə qarşı təcavüzün dayandırılması və onun üzərindəki mühasirənin aradan qaldırılması ilə dayanacaq."
"Fələstin 2” ballistik raketi ilə Təl-Əvivdə 2 həssas hərbi obyektə hücum edilib