Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürovun həbs müddəti isə 1 il azaldılıb.

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birgə ittiham olunan Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Dekabrın 18-də Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub.
Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürovun həbs müddəti isə 1 il azaldılıb.
Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum ediliəmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.