KİV: Blinken İraqdan İranın Suriyaya silah göndərməsinin qarşısını almasını istəyib

ABŞ dövlət katibi Entoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını istəyib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir. Bu səbəbdən Vaşinqton İraqdan İranın dəstəklədiyi qruplar tərəfindən istifadə oluna biləcək və ya ölkədə sabitliyi daha da poza biləcək silahların Suriyaya daxil olmasının qarşısını almasını istəyir.