Amerika polisi və Fələstin tərəfdarları arasında qarşıdurma yaranıb

Amerika polisi Minneapolisdə Minnesota Universitetinin inzibati binasını zəbt edən bir neçə fələstin tərəfdarı tələbəni həbs edib.

İRNA-nın Associated Press-ə istinadən verdiyi məlumata görə, nümayişin təşkilatçıları bu xəbəri bazar ertəsi gecə elan ediblər, lakin həbs olunanların sayı məlum deyil. 

Universitet rəsmiləri yerli vaxtla bazar ertəsi günortadan sonra bildirdilər: Etirazçılar bu binanın şərq korpusundakı "Murrill Hall"a daxil olaraq ora ziyan vurdular və binaya giriş-çıxışı məhdudlaşdırdılar. 

Minnesota Universitetinin sözçüsü tələbələrin həbsini təsdiqləmək üçün Associated Press-in sorğusuna cavab verməyib. Amma aksiyanın təşkilatçılarından biri binaya daxil olan etirazçıların həbs olunduğunu bildirib. O, saxlanılanların sayını açıqlamayıb. 

Təşkilatçı Merrill Van Alstyne bildirib ki, təxminən 30 etirazçı Minnesota Universitetindəki Murrill Hall-unu ələ keçirib və çox sayda etirazçı binanın qarşısında toplaşıb. 

Etirazçılar avqustda İsrailin hava hücumu zamanı həyatını itirən 19 yaşlı fələstinli yeniyetmənin xatirəsini yad etmək üçün Murrill Hall-un adını “Halmi Hall” olaraq dəyişiblər.