İsrailin ifrat sağçı nazir Məscidül-Əqsada reyd keçirib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqın edib. Nazir Məscidül-Əqsada reyd keçirdiyini söyləyib.

 

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və israillilər səhər saatlarından etibarən İsrail polisinin himayəsi altında böyük qruplar halında Əl-Əqsa məscidinə basqın ediblər.

Qüds İslam Vəqfləri İdarəsindən verilən açıqlamada, Məscidül-Əqsaya basqında təxminən 1151 yəhudinin iştirak etdiyi bildirilib.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi olma xüsusiyyətinə malikdir. Yəhudilər Qiblə Məscidi və Qaya Qübbəsinin, həmçinin muzey, mədrəsələr və böyük həyətin yer aldığı Məscidi-Əqsa Kompleksinin altında Süleyman məbədinin xarabalıqlarının tapıldığı iddiası ilə burada qazıntı işləri aparır. Onlar Əqsa məscidinə qazıntıların ziyan vurmaq təhlükəsinə “Süleyman məbədi müqabilində bütün ərazini dağıda bilərik” deyə iddia ediblər.

İsrailin keçmiş baş naziri Ariel Şaronun 2000-ci ildə yüzlərlə mühafizəçisi ilə birlikdə Məscidül-Əqsaya səfəri Fələstin torpaqlarında bir neçə il davam edən ikinci intifadanın ilk qığılcımı olmuşdu.