Arxasında qüdrətli dövlətlərin durduğu, maraq və ambisiyalar səbəbindən dövlətə çevirməyə çalışdığı İsrailin bütün cəhdlərinə baxmayaraq o, HƏMAS üzərində mütləq qələbədə hələ də acizdir. Qəzzada başlanğıc tarixini 5 gün üzərində bitəcəyini elan edən sionist iddiasi tezliklə bu düyünü aça bilməyəcəyini anladığından müddəti 5 aya qədər uzatsa da 1 ili ötən müharibədə hələ də o, vəd etdiyi nəticəni ortaya qoya bilməyib.
Amerikanın hər cür dəstəyi İsraili media dünyasinda rəqibsiz bir ordu təqdimatı nəticədə 3 təşkilatın üzərində azicliyi bütün bunların həqiqətdən çox-çox uzaq olduğunu göstərirdi. HƏMAS, Hizbullah və Ənsarullah, hər üçü təşkilat olaraq bu günün müharibəsinin fatehləridir. Onların fəaliyyət çərçivəsində bir təşkilatın mümkün sərhədləri rəhbərlik edir. Bu günə qədər hər 3 təşkilatın İsrail tərəfindən arzulanan nəticəyə çatmaması təkcə İsrailin iddia edilən gücə sahib olmaması deyil, eyni halda, qeyd edilən güclərin mübarizə, rəşadət və əqidə paklığına bağlıdır.
HƏMAS da daxil bu təşkilatları zalımların vahiməli yuxusuna çevrilən həqiqəti İlahi ədalətə bağlı şəhadət eşqində mübarizə yoludur. Hansı ki, bu yol öz başlanğıc nöqtəsini Haqqın özündən alan Hüseyn ibn Əli (ə) kimi parlaq simalarla başlamış Musa Sədrlər, Haniyələr, Nəsrullahlar, Sinvarlarla davam edib və edəcəkdir. Müqavmətin ruhunda döyünən ürək ədalətin-həqiqətin özüdür ki, o, ölümsüzlük və qələbənin tək təminatçısıdır.
Düşmən Yəhya Sinvarların şəhadətinin zahiri tərəfində qələbə illuziyası görsə də, şəhidlərin qanı hesabına güclənən müqavmət ruhu müqabilində cılızlaşan gücünü anlayır. Həbslər, işgəncələr və nəhayət şəhadətlərin cismi tərəfi nə qədər ağrılı görünürsə, ruhi tərəfi necə böyük qüdrət yaratması üçün yaşadığımız əsrin son 20 illik bir zamanına çevrilib baxmaq yetərlidir. Bu, şəhadətin yaratdığı misilsiz təsirdir ki, hər ötən gün daha böyük və təsirli olur.
Müsəlman Birliyi Hərəkatı olaraq biz mübarizə ruhuna öz qanı ilə can verən HƏMAS lideri Yəhya Sinvarın şəhadəti ilə bağlı bütün azadlıq sevənlərə baş sağlığı verir, eyni zamanda, yolu davamlı olan şəhidlərin qələbəyə yaxın növbəti addıma qədəm qoymalarını İlahi vədinə bir müjdə olaraq dəyərləndiririk.
Ölümsüzlük rəngi - Şəhadət