Siyasi məhbus siyahısında inanclılar - Qeyri-ənənəvi təriqətlər (9-cu hissə)

Azərbaycanda anti-islam, Şiəlik əleyhinə kompaniyanı təkcə hakimiyyətin apardığı siyasətlə məhdudlaşdırmaq doğru olmazdı. Rejimin şiəliyə qarşı açıq mübarizə üsulu bu istiqamətdə bir çox anti-islam fundamentallarını da hərəkətə keçirdi. Bunların sırasında vəhhabi-sələfilər, ateist-dinsizlər, qərbpərəst-yalançı “demokratlar”, sionist-yəhudilər, millətçi-şovinistləri xüsusi qeyd etmək olar.
Hakimiyyətin siyasəti təkcə şiəliyin qadağası deyil, bəzi hallarda qarşı tərəfə yaradılan münbit şəraitlə bu məsələdə İslamın daha çox məhdudiyyətlə üzləşmə əsasına gətirib çıxaran çoxsaylı addımları bu gün əks cəbhələrini formalaşdırdı.
Ölkəmiz tolerant əhval ruhiyyədə olsa da, bu xalqın ruhu bağlılığı tarixən şiəlik əqidəsini özünə yol seçib. Bunun üçün sonsuz rəqəmlərlə nümunələr qeyd etmək olar ki, bunların sırasında ziyarətgahlar məscidlərdən başlayaraq ən kiçik adətlərə qədər hər şeydə şiə ruhunu müşahidə etmək olar. Burada şiəliyin inkişaf tendensiyası, başlanğıc dövrü və bu gün milli kimliyə çevrilməsi ayrıca geniş bir yazının mövzusudur. Lakin reallıq artıq xalqın ehtiyac süzgəcindən keçərək mənimsədiyi bu dinin günümüzdə xalqın varlığında olması deyilənlərə bariz nümunədir.
Şübhəsiz hədəfdə olan şiəliyə qarşı çoxsaylı layihələr xalqın inancını qarışdıracaq fikirləri ortaya qoyacaqdı. Bunun üçün ən əlverişli plan siması İslam olan, özü isə Qərbin xüsusi xidmət orqanları tərəfindən yaradılan qeyri-ənənəvi dini-siyasi cərəyanların ölkədə yayılmasına geniş vüsət yaradılması idi. İslamın daxilində qara yara olan siyasi cərəyanların yaranma tarixi və onun İslam dünyasında dağıdıcı rola malik olması üçün yaxın tarix olaraq İraq və Suriyada İŞİD əqidəsi olan bu ideologiyanın davranışlarına baxmaq yetərlidir. Sosial media üzərində minlərlə edam kadrları, dinc insanların qətliamı, cariyə deyib müsəlman qadınlarının hərracı, cihad nigahı, tarixi abidələrin küfr damğası ilə dağıdılması çox da uzaq və xatırlanmayan tarix deyil.
Cərəyan arxasında gizlədilən bu əqidə davamçılarının qara kimliyi və təhlükəli bu günü Azərbaycan hakimiyyəti üçün də gizlin deyil. Lakin siyasi səbəblər və şiəliyin ölkədə dəyişdirilmə cəhdi bu gün səhnəni bu əqidə davamçılarına verərək elə hakimiyyətin söylədiyi dildə danışıb anti şiə təbliğatı aparmağa yönəli plandır.
“Meşə Qardaşları”ndan başlayaraq Əbu-Bəkr məscidində silahli insident ilk fürsətdə onların hansı addımlar ataraq Azərbaycanda nələr edə biləcəyini aydın göstərir. Bununla belə hakimiyyətin şiəliyin məhdudlaşdırması istiqamətində hər bir addımı məqbul bilməsi Azərbaycanı bu siyasi cəryanlar üçün at oylağına çevirib.
Bu məsələ ilə bağlı bir nöqtəyə diqqət yönəltməklə siyasi baxış olaraq cərəyanlarla bağlı bir məqamı qeyd etmək yerinə düşərdi ki, zamanla şiəlik əleyhinə daha qəddar güclərin bütün planları Hüseynin (ə) ruhunda qorunan və toxunulmamazlığını saxlayan Aşura retualı ilə alt-üst olub. Bu günün maraqlıları da fərqli nəticə gözləmədən özündən öncəkilərin yaşadıqlarından ibrət götürmələrini sadəcə tövsiyyə etmək olar.
9-ci hissənin sonu.