İraqın Media və Rabitə İdarəsi Səudiyyə Ərəbistanının ölkədə fəaliyyət göstərən MBC media təşkilatının lisenziyasını ləğv edib.
Səudiyyənin MBC kanalı həftəsonu proqramında təhqir və böhtanlarla dolu xəbərlər dərc edərək müqavimət şəhidlərinin başçılarını, xüsusi olaraq Yəhya Sinvarı terrorçu kimi təqdim edib.
Bu arada HƏMAS hərəkatı da öz bəyanatında Səudiyyə Ərəbistanı şəbəkəsinin bu hərəkətindən narahat olduğunu bildirib.
MBC-nin təşəbbüsünü “mənəvi tənəzzül” kimi qiymətləndirən Həmas Səudiyyə mediasından üzr istəməsini tələb edib.
MBC kanalı istifadəçilərin reaksiyalarından və etirazlarından sonra xəbəri silmək məcburiyyətində qalıb.
Bu gün səhər saatlarında İraqın paytaxtı Bağdadda Səudiyyə Ərəbistanında yerləşən MBC kanalının ofisinə basqın edilib. Qəzəbli kütlə ofisin əşyalarını yararsız vəziyyətə salıb.
İraqdan Səudiyyə media təşkilatı MBC-yə etiraz