İsrail ordusu BMT-nin müşahidə qülləsini dağıdıb

İsrail ordusunun Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrinə (UNIFIL) qarşı hücumları davam edir.

UNIFIL-dən verilən açıqlamada, İsrail ordusuna aid bir buldozerin Marvahindəki UNIFIL mövqesindəki müşahidə qülləsini və ətrafındakı hasarı qəsdən dağıtdığı bildirilib.

UNIFIL-in məsələ ilə bağlı açıqlamasında, İsrail ordusu və başqa qurumlara BMT qüvvələrinin və mallarının təhlükəsizliyini təmin etmək və BMT obyektlərinin toxunulmazlığına həmişə hörmət etmək öhdəlikləri olduğu xatırladılıb.

"Bir daha BMT mövqelərinə hücum etməyin və BMT varlıqlarına zərər verməyin beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının 1701 saylı qərarının açıq bir pozulması olduğunu bildiririk", - deyə qeyd olunur.

 

APA