Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.
Turanın məlumatına görə, bugünkü məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsinin davamı olub.
Bəxtiyar Hacıyev işin "siyasi sifariş" olduğunu yenidən təkrarlayıb və işdə "maliyyə cinayətləri" və "pulların yuyulması" kimi təqdim olunan bəzi detallara aydınlıq gətirib.
Onun sözlərinə görə, tələbələrin xaricə göndərilməsi üçün hesaba köçürülən vəsait NBC Bankda olub. Sonradan Azərbaycanda bu bank bağlanıb və Əmanətlərin Sığortalanması Agentliyi bu vəsaiti Beynəlxalq Banka köçürüb. Beynəlxalq Bankda mənimsəmələr olduğundan, əmanətçilərin etimadından istifadə etməyib, Hacıyev bütün vəsaiti Respublika Bankına köçürüb.
Bundan əlavə, istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Hacıyevin Azərbaycan hökumətindən aldığı şəxsi vəsaiti bloklayıb.
“Bu vəsaitlər qanunidir və pulların yuyulmasından və ya oğurlanmasından söhbət gedə bilməz, Hacıyev deyib. O, iclasların həftənin bütün iş günlərində keçirilməsi üçün prosesin sürətləndirilməsi barədə vəsatət qaldırıb.
Hakim vəsatətə baxılacağını vəd edib və növbəti iclası oktyabrın 25-nə təyin edib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.
AmerikanınSəsi
Bəxtiyar Hacıyev cinayət işinin siyasi motivli olduğunu bildirib